Tramp Ağ evdə Paşinyan və Əliyevlə görüşür [Canlı]
Ağ evdə ABŞ prezidenti Donald Trampla Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü başlayıb.
Mehridəki ermənilər Tramp-Əliyev-Paşinyan görüşü barədə: 'Heç nə gözləmirəm'
Ermənistanda SORĞU
Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
"Reuters" yazır ki, TRIPP hərbi və ya müdafiə təşəbbüsü deyil, Birləşmiş Ştatların iştirakı sırf kommersiya xarakterli olacaq və o, marşrutun təhlükəsiz istismarı üçün məsuliyyət daşıyacaq.
'Tramp marşrutu' üzrə danışıqlar gələn həftə gözlənilir
ABŞ-də yaşayan jurnalist Ələkbər Raufoğlu ölkə rəsmilərinin bugünkü ABŞ-Ermənistan-Azərbaycan görüşü barədə əlavə informasiya verdiyini açıqlayıb.
Sülh sazişinin əsas hissəsi olan "Tramp marşrutu" (TRIPP) Ermənistanın suverenliyinə hörmət çərçivəsində maneəsiz əlaqəni təmin edəcək.
Administrasiya yol xəritəsinin detallarını gerçəkləşdirmək üçün dərhal işçi qruplar yaradacaq. "Tramp marşrutu" üzrə danışıqların gələn həftə başlaması gözlənilir.
Bir rəsmi deyib ki, artıq doqquz müxtəlif operator bu layihəyə maraq göstərib, onların üçü ABŞ-dəndir.