ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündən bir neçə saat sonra Ukrayna və Rusiya bir-birinə zərbələr endirib.
Avqustun 5-də beş Azərbaycan hərbi qulluqçusu Kəlbəcərdə minaya düşərək yaralanıb. Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır. Torpaq altında gedən bu "savaş" oradakı əhali üçün nə qədər təhlükəlidir?
Xersondakı Korabelnı rayonunun sakinləri təcili təxliyə olunurlar. Onlar Rusiya körpünü bombalayarsa, təcrid oluna biləcəklərindən qorxurlar. Avqustun 2-də qanadlı bombalar adanı şəhərin əsas hissəsi ilə birləşdirən körpünü vurub.
Avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşəcəyi bildirilir. Ekspert deyir, sülh olmayacaqsa, Tramp bu məsələyə niyə qol qoysun?
Dağıstandan olan məktəbli Səid Murtuzəliyev bu ilin əvvəlində ön cəbhəyə göndərilib və orada itkin düşüb. Anası deyir ki, oğlu 2025-ci ilin yanvarında Moskvada tətil edərkən saxlanıb və ona işgəncələr altında Rusiyanın Müdafiə Nazirliyinin müqaviləsinə imza atdırılıb.
Təkcə bu ilin ilk altı ayında Rusiyada azı 42 uşaq təxribat, terror aktı və dövlətə xəyanətdə ittiham olunub. Azərbaycanda yeniyetmələr ən çox oğurluq, xuliqanlıq, sağlamlığa qəsdən zərərvurma və ya öldürmə maddələri ilə ittiham edilib.
Rusiya Ukraynanın Xarkov vilayətində dəmiryol qovşağını vurub, azı iki nəfər həlak olub. AzadlıqRadiosunun müxbiri Sergey Qorbatenko Lozova dəmiryol stansiyasında olub, yaralılar arasında iki uşağın olduğunu bildirir.
Ukraynanın Donetsk vilayətindəki Konstantinovka şəhərinin sakinləri daimi dron hücumlarına məruz qalırlar deyə, evlərini tərk edirlər. AzadlıqRadiosunun Ukrayna xidməti vaxtilə arxa cəbhədə olanların gedişini lentə alıb.
Avqustun 2-də Azərbaycan qazı Türkiyə vasitəsilə Suriyaya göndərilməyə başlayıb. Enerji məsələləri üzrə ekspert Bryus Pannier deyir ki, burda böyük geosiyasi dividentləri Türkiyə əldə edəcək, çünki Türkiyə qaz tranziti mərkəzinə çevrilir.
30 iyul sunamisindən sonra Rusiyanın Rıbaçiy nüvə sualtı bazasına ziyanın miqyasını göstərən peyk təsvirləri əldə edilib. Sunamiyə Rusiyanın Sakit okean sahilindəki Kamçatka yarımadasından 120 km məsafədə 8.8 bal gücündə zəlzələ səbəb olub.
Avqustun 3-nə keçən gecə Ukraynanın Nikolayev vilayətində Rusiyanın zərbələrindən onlarla ev dağılıb, yaxud ziyan görüb. Ukrayna isə Soçidə Rusiyanın neft obyektlərini vurub.
Fransa, Böyük Britaniya, Kanada və bir sıra digər ölkələr Fələstin dövlətinin müstəqilliyinin tanınması prosesinə başlamağa hazır olduqlarını bəyan ediblər.
Davamı